NASA-da rəhbər vəzifə tutan ilk qadın dünyasını dəyişib - FOTO

NASA-da rəhbər vəzifə tutan ilk qadın dünyasını dəyişib - FOTO Bakı. 28 dekabr. REPORT.AZ/ ABŞ-ın məşhur alimi, Xabbl teleskopunun anası adlandırılan Nensi Qreys Roman vəfat edib.
Digər ölkələr
28 Dekabr , 2018 04:54
NASA-da rəhbər vəzifə tutan ilk qadın dünyasını dəyişib - FOTO

Bakı. 28 dekabr. REPORT.AZ/ ABŞ-ın məşhur alimi, "Xabbl teleskopunun anası" adlandırılan Nensi Qreys Roman vəfat edib.

Bu barədə "Report" "Associated Press" agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, o, 93 yaşında dünyasını dəyişib.

Roman məşhur teleskopun hazırlanması ilə yanaşı, həmçinin NASA-da rəhbər vəzifə tutan ilk qadın olub. O, 1949-cu ildə astronomiya üzrə elmlər doktoru dərəcəsi alıb. Roman karyerasına 1959-cu ildə başlayıb.

O, 1979-cu ildə NASA-nı tərk edib və kosmik uçuşlar üzrə Qoddard Mərkəzi ilə müqavilə əsasında çalışıb.

Onun məşhur "Xabbl" teleskopu 1990-cı ildə istifadəyə verilib. Bu, NASA ilə Avropa Kosmik Agentliyinin birgə layihəsi idi.

Daha əvvəl məlum olub ki, NASA Ayın orbitində kosmik stansiya quracaq.

Son xəbərlər

Orphus sistemi