Yuxarı

Vyetnamda turistlərə koronavirusla bağlı xəbərdarlıq edilib

Vyetnamda turistlərə koronavirusla bağlı xəbərdarlıq edilib

Vyetnamın Nha Tranq kurort şəhərinin hotelləri qonşu Çində koronavirusun yayılması barədə xəbərdarlıqlar yayaraq müştərilərini ehtiyatlı olmağa, izdihamlı yerlərdə olarkən təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, iri hotellərdə divarlara asılan belə xəbərdarlıqlar Vyetnam, Çin, Koreya və rus dillərindədir.

Bundan əvvəl Nha Tranqda istirahət etmiş turistlərin ikisində koronavirusun təsdiqləndiyi bildirilmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi