Yuxarı

Vyetnamda daşqınlar nəticəsində 8 nəfər ölüb, 2-si itkin düşüb

Vyetnamda daşqınlar nəticəsində 8 nəfər ölüb, 2-si itkin düşüb

Bakı. 19 avqust. REPORT.AZ/ Vyetnamda 8 nəfər daşqınların qurbanı olub, daha 2-si itkin düşüb. 

"Report" xəbər veriri ki, bu barədə ölkənin Fövqəladə Hallar üzrə Milli Agentliyinə istinadən "VnExpress" nəşri məlumat yayıb.

Bildirilir ki, təxminən 10 min insan güclü yağışlar səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıblar. Bəzi bölgələrdə əkin sahələri su altında qalıb, elektrik xətləri sıradan çıxıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi