ABŞ və KXDR liderləri geniş tərkibdə danışıqları başa çatdırıblar - YENİLƏNİB-2

ABŞ və KXDR liderləri geniş tərkibdə danışıqları başa çatdırıblar - YENİLƏNİB-2 Bakı. 28 fevral. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In Hanoyda geniş tərkibdə danışıqları başa çatdırıblar.
Digər ölkələr
28 Fevral , 2019 09:53
ABŞ və KXDR liderləri geniş tərkibdə danışıqları başa çatdırıblar - YENİLƏNİB-2

Bakı. 28 fevral. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In Hanoyda geniş tərkibdə danışıqları başa çatdırıblar.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Sammitin əsas müzakirə hissəsi iki saatdan çox davam edib, indi ölkə liderləri işgüzar nahar yeməyində iştirak edəcəklər.


***06:55

ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında cümə axşamı Hanoyda keçirilən təkbətək görüş başa çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, görüş 30 dəqiqə davam edib.

İndi iki ölkə lideri bir neçə saat davam edəcək geniş tərkibdə danışıqlara başlayıblar.


***06:32

ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In sammitin ikinci gününə start verib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, hazırda liderlər arasında təkbətək görüş keçirilir.

Cümə axşamı danışıqlara ümumilikdə 5 saat sərf olunacaq. Tramp Hanoyu tərk etməzdən əvvəl mətbuat konfransı keçirəcək.

Son xəbərlər

Orphus sistemi