Bakı. 16 fevral. REPORT.AZ/ “Donald Trampın hakimiyyətə gəlişi ABŞ-ın xarici siyasətində çoxlu qeyri-müəyyənlik yaradıb”.
“Report” “dw”yə istinadən xəbər verir ki, bunu Münhen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşinger Almaniyada çıxan “Bild” qəzetinə müsahibəsində ABŞ Prezidenti Donald Trampı tənqid edərkən vurğulayıb.
O, D.Trampa “Twitter” səhifəsindən istifadə etməməyi məsləhət görüb.
V.İşinger ABŞ prezidentinin KİV-lə münasibətinin və bir-birini təkzib edən fikirlərini də tənqiq edib: “O, əvvəllər Rusiya ilə yeni münasibətlər qurmaq istədiyini deyirdi. İndi isə Rusiyadan Krımın qaytarılmasını tələb edir. Tramp öz siyasi kursunu qurmalı və ona uyğun hərəkət etməlidir”.
Sədr ABŞ-ın indiki liderinin komandasına da münasibət bildirib: “Səni əhatə edən əməkdaşlar cavabdan çox sual yaradırsa, o zaman sənə olan etibar və etimad itir”.