Vladimir Zelenski: "Bizə əmr etmək olmaz"

Vladimir Zelenski: "Bizə əmr etmək olmaz" Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, onun ölkəsi bəzi dövlətlərin tələblərini, o cümlədən sifarişli araşdırmalar aparmaq göstərişlərini yerinə yetirməyəcək.
Digər ölkələr
1 Oktyabr , 2019 05:45
Vladimir Zelenski: Bizə əmr etmək olmaz

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, onun ölkəsi  bəzi dövlətlərin tələblərini, o cümlədən sifarişli araşdırmalar aparmaq göstərişlərini yerinə yetirməyəcək.

Bu barədə "Report" UNİAN-a istinadən xəbər verir.

Dövlət başçısı qeyd edib ki, ölkənin hüquq-mühafizə orqanları qanun pozuntularını araşdırmağa hazırdır, amma bu, xaricdən olunan xahişlərlə əlaqədar edilməyəcək.

"Bizə əmr etmək olmaz. Biz müstəqil ölkəyik", - deyə Zelenski bildirib. Dövlət başçısı vurğulayıb ki, Ukrayna hakimiyyəti öz ölkəsinə xidmət etmək üçün hər şeyi edir.

Zelenski belə bəyanatla ABŞ-da demokratların guya Donald Trampın Ukrayna prezidentinə təzyiq göstərməsi ittihamları ilə bağlı yaranmış qalmaqal fonunda çıxış edib. Demokrat Partiyası iddia edir ki, guya Tramp Zelenskiyə 2020-ci ilin prezident seçkilərində onun əsas rəqibi, keçmiş vitse-prezident Co Baydenə qarşı araşdırmanı yeniləməyi xahiş edib. 

Son xəbərlər

Orphus sistemi