Venesueladakı vəziyyətə dair geniş tərkibli görüş keçirilib

Venesueladakı vəziyyətə dair geniş tərkibli görüş keçirilib Venesuelada mövcud vəziyyətin həllinə dair ötən gün İsveçin paytaxtı Stokholmda geniş tərkibli görüş keçirilib.
Digər ölkələr
14 İyun , 2019 18:57
Venesueladakı vəziyyətə dair geniş tərkibli görüş keçirilib
Getty

Venesuelada mövcud vəziyyətin həllinə dair ötən gün İsveçin paytaxtı Stokholmda geniş tərkibli görüş keçirilib.

“Report” xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Marqot Vallström “Twitter”dəki səhifəsində yazıb.

“Stokholmdakı görüş Venesuela böhranının dinc və demokratik yolla həllinə hamımızın bəslədiyi sədaqət ab-havasında keçib”, - XİN başçısı yazıb.

Qeyd edək ki, ötən gün AP agentliyi diplomatik mənbələrə istinadən bu görüşdə BMT və Avropa İttifaqı, habelə Rusiya, Kuba və Vatikan nümayəndələrinin iştirak etdiyini bildirmişdi. İsveç hökumətinin mətbuat üçün açıqlamasında isə görüşün iştirakçıları göstərilmirdi.

Son xəbərlər

Orphus sistemi