Yuxarı

Venesuelada generalı aparan vertolyot qəzaya uğrayıb

​Venesuelada generalı aparan vertolyot qəzaya uğrayıb

Venesuelanın Suliya ştatının Marakaybo şəhəri ərazisində vertolyotun qəzaya uğraması nəticəsində iki nəfər ölüb, daha ikisi yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "El Nacional" qəzeti yazıb.

Bildirilir ki, ölənlərdən biri Bolivar milli qvardiyasının generalı, digəri isə helikopterin pilotudur. Yaralılar hospitala çatdırılıb. Onların vəziyyəti sabitdir. Mütəxəssislər qəzanın səbəblərini araşdırırlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi