Venesuelada fövqəladə iqtisadi vəziyyət 60 gün müddətinə uzadılıb

Venesuelada fövqəladə iqtisadi vəziyyət 60 gün müddətinə uzadılıb Ölkə prezidenti Nikolas Maduro müvafiq sərəncamı bu ilin yanvar ayında imzalamışdı
Digər ölkələr
14 İyul , 2016 09:58
Venesuelada fövqəladə iqtisadi vəziyyət 60 gün müddətinə uzadılıb

Bakı. 14 iyul. REPORT.AZ/ Venesuelada fövqəladə iqtisadi vəziyyətlə bağlı fərman növbəti 60 gün müddətinə uzadılıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Gaceta Oficial" hökumət nəşrində məlumat verilib.

Ölkə prezidenti Nikolas Maduro müvafiq sərəncamı bu ilin yanvar ayında imzalamışdı. O, bu addımı "iqtisadi müharibə" zamanı əhalini qorumaq üçün icra hakimiyyətinə geniş səlahiyyət vermək üçün atmışdı.

Fövqəladə iqtisadi vəziyyətin müddətini uzatmaq qərarı ölkədə sosial, iqtisadi, siyasi, təbii və ekoloji planda acınacaqlı vəziyyətin qalması və bunun milli iqtisadiyyata mənfi təsiri fonunda qəbul edilib.

Qeyd edək ki, son yarım il ərzində Venesuelada uzunsürən maliyyə-iqtisadi böhran fonunda kəskin əmtəə və ərzaq çatışmazlığı yaranıb. May və iyun aylarında ölkənin bəzi regionlarında vətəndaşların mövcud vəziyyətlə bağlı keçirdiyi etiraz aksiyası isə hətta polislə qarşıdurmaya çevrilib.

Son xəbərlər

Orphus sistemi