Venesuelada etiraz aksiyası zamanı Uqo Çavesin evi yandırılıb

Venesuelada etiraz aksiyası zamanı Uqo Çavesin evi yandırılıb Bu addım qvardiya tərəfindən gənc oğlanın öldürülməsinə cavab olaraq atılıb
Digər ölkələr
23 May , 2017 01:42
Venesuelada etiraz aksiyası zamanı Uqo Çavesin evi yandırılıb
Twitter

Bakı. 23 may. REPORT.AZ/ Venesuelanın sabiq prezidenti Uqo Çavesin Barinas ştatının Sabaneta şəhərciyindəki evi bazar ertəsi keçirilən etiraz aksiyası zamanı yandırılıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Nacional" portalı yazıb.

Nəşrin məlumatına görə, bu addım milli bolivarian qvardiyası tərəfindən gənc oğlanın güllələnərək öldürülməsinə cavab olaraq atılıb. Digər məlumatlara görə isə ev yandırılmayıb, tamamilə qarət edilib. Hər iki faktın təsdiq və ya təkzib edilməsi ilə bağlı rəsmi məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi