Venesuelada etiraz aksiyaları zamanı 78 nəfər xəsarət alıb

Venesuelada etiraz aksiyaları zamanı 78 nəfər xəsarət alıb Çərşənbə günü Venesuelanın paytaxtı Karakasda keçirilən etiraz aksiyalarında baş verən toqquşmalar zamanı azı 78 nəfər xəsarət alıb.
Digər ölkələr
2 May , 2019 04:59
Venesuelada etiraz aksiyaları zamanı 78 nəfər xəsarət alıb

Çərşənbə günü Venesuelanın paytaxtı Karakasda keçirilən etiraz aksiyalarında baş verən toqquşmalar zamanı azı 78 nəfər xəsarət alıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Venesuela Milli Assambleyasının Miranda ştatından olan deputatı Manuela Bolivar deyib.

"78 nəfər yaralanıb, 89 nəfər saxlanılıb ", - deyə VPItv telekanalı Bolivarın sözlərini sitat gətirib.

Müxalifətin məlumatına görə, hökumət əleyhinə nümayişlər bütün ölkə üzrə keçirilib.

Son xəbərlər

Orphus sistemi