Venesuela-Braziliya sərhədində sakinlərə qarşı gözyaşardıcı qazdan istifadə edilib

Venesuela-Braziliya sərhədində sakinlərə qarşı gözyaşardıcı qazdan istifadə edilib Bakı. 23 fevral. REPORT.AZ/ Ötən gün Venesuela-Braziliya sərhədinin 15 kilometrliyindəki Santa Elena de Uairen şəhərində hərbçilərlə sakinlər arasında toqquşma baş verib.
Digər ölkələr
23 Fevral , 2019 10:58
Venesuela-Braziliya sərhədində sakinlərə qarşı gözyaşardıcı qazdan istifadə edilib

Bakı. 23 fevral. REPORT.AZ/ Ötən gün Venesuela-Braziliya sərhədinin 15 kilometrliyindəki Santa Elena de Uairen şəhərində hərbçilərlə sakinlər arasında toqquşma baş verib.

“Report” TASS-a istinadən xəbər verir ki, hadisə pemon xalqının sakinlərinin hərbçilərin sərhəddəki hərəkətinə mane olmağa çalışması zamanı baş verib. Hərbçilər onlara qarşı gözyaşardıcı qazdan istifadə edib. Sosial şəbəkələrdə şəhərin yollarında barrikadaların təsvir olunduğu şəkillər paylaşılıb.

Bu arada San Fransisko de Yuruani şəhərində isə oxşar səbəbdən hərbçilər onların sərhədə doğru hərəkətinə mane olmaq istəyən yerli sakinlərə atəş açıb, nəticədə 2 nəfər ölüb, 14 nəfər də yaralanıb. Hərbçilərin komandiri, general Xose Miquel Montoya da mülki sakinlər tərəfindən girov götürülüb.

Son xəbərlər

Orphus sistemi