Ştaynmayer Qazaxıstan XİN rəhbərinə Astanaya gəlməyəcəyini bildirib

Ştaynmayer Qazaxıstan XİN rəhbərinə Astanaya gəlməyəcəyini bildirib Almaniya XİN rəhbəri "altılığın" İran nüvə proqramı ilə bağlı danışıqlarda mühüm mərhələnin başlandığını söyləyib
Digər ölkələr
30 Mart , 2015 10:41
Ştaynmayer Qazaxıstan XİN rəhbərinə Astanaya gəlməyəcəyini bildirib

Bakı. 30 mart. REPORT.AZ/ Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Qazaxıstanlı həmkarı Yerlan İdrisovla telefon danışığı zamanı Astanada Almaniya və Fransa səfirlərinin Birgə Konfransında iştirak edə bilməyəcəyini bildirib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan XİN mətbuat xidmətinin bəyanatında deyilir. 

Qazaxıstan Xarici İşlər Nazirliyinin məlumatına əsasən, Ştaynmayer "altılığın" İranın nüvə proqramı ilə bağlı danışıqlarda son və mühüm bir mərhələnin başlandığını söyləyib. Həmin mərhələdə Böyük Britaniya, Almaniya, Çin, ABŞ, Fransa və İranın XİN rəhbərlərinin şəxsi iştirakı tələb olunur. 

"Bununla əlaqədar almaniyalı naziri üzrxahlıq edərək, onun və fransalı həmkarı Loran Fabiusun bütün dünyanın diqqət mərkəzində olan danışıqların keçirildiyi Lozannanı tərk edə və qeyd olunan konfransda iştirak etmək üçün Astanaya gələ bilmədiklərini bildirib", - martın 29-da Almaniya tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığının yekunları ilə bağlı press-relizdə deyilir. 

Y.İdrisov qeyd edib ki, İsveçrədə keçirilən İranın nüvə proqramı ilə bağlı danışıqların beynəlxalq təhlükəsizlik və sabitlik üçün əhəmiyyətini dərk edir. 

Son xəbərlər

Orphus sistemi