Vaşinqtonda baş vermiş iğtişaşlara görə 217 nəfər saxlanılıb - YENİLƏNİB

Vaşinqtonda baş vermiş iğtişaşlara görə 217 nəfər saxlanılıb - YENİLƏNİB Qarşıdurmalar zamabı 6 polis işçisi yüngül xəsarət alıb
Digər ölkələr
21 Yanvar , 2017 03:57
Vaşinqtonda baş vermiş iğtişaşlara görə 217 nəfər saxlanılıb - YENİLƏNİB

Bakı. 20 yanvar. REPORT.AZ/ ABŞ polisi paytaxt Vaşinqtonda baş vermiş iğtişaşlara görə 217 nəfəri saxlayıb.

"Report"un "RİA Novosti"yə istinadən məlumatına görə, bu barədə yerli polis rəhbərinin səlahiyyətlərini müvəqqəti icra edən Piter Nyusem mətbuat konfransında jurnalistlərinə bildirib.

Onun sözlərinə görə, qarşıdurmalar zamanı 6 polis işçisi yüngül xəsarət alıblar.

"Bir gün əvvəlki hadisələrdə cinayətkarcasına hərəkət etmiş şəxslər həbs ediliblər. Onlar iğtişaşlarda ittihamlar olunurlar" – deyə Nyusem bildirib.

Qeyd edək ki, paytaxtda gün ərzində polislə nümayişçilər arasında bir neçə dəfə toqquşma baş verib. Polisə hücum edən etirazçılar mağazaların vitrinlərini və maşınların şüşələrini sındırıblar. Bununla yanaşı, paytaxtın mərkəzində limuzini yandırıblar.

Eyni zamanda Vaşinqtonda prezident Donald Trampın inaqurasiyası münasibəti ilə bir sıra tədbirlər keçirilir.



***23:30

ABŞ-ın paytaxtı Vaşinqtondakı qarışıqlıqlarda iştirak etdiyi üçün 90-dan çox adam saxlanılıb.

"Report" "CNN"ə istinadən xəbər verir ki, bunlar ABŞ prezidenti Donald Trampa etiraz edənlərdir.

Qeyd edək ki, şəhər mərkəzindəki qarışıqlıqlar nəticəsində iki polis əməkdaşı xəsarət alıb. Etirazçılar asayiş keşikçilərinə butılka və zibil atıblar. Polis onlara gözyaşardıcı qazla və səsli qumbaralarla cavab verib.

Toqquşmalar inauqurasiya paradının keçdiyi On ikinci küçədə və L-strit ərazisində baş verib.

Qeyd edək ki, Vaşinqtonda ABŞ-ın 45-ci prezidenti Donald Trampın inaqurasiyası keçirilib.

Son xəbərlər

Orphus sistemi