ÜST: COVID-19 ölümlərinin yarısı qocalar evində qeydə alınıb

ÜST: COVID-19 ölümlərinin yarısı qocalar evində qeydə alınıb Avropada koronavirusdan ölüm hallarının yarısı qocalar evində baş verib.
Digər ölkələr
23 Aprel , 2020 17:49
ÜST: COVID-19 ölümlərinin yarısı qocalar evində qeydə alınıb

Avropada koronavirusdan ölüm hallarının yarısı qocalar evində baş verib.

“Report”un xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Ofisinin rəhbəri Hans Kluqe deyib.

“Orada işləyənlər tanınmayan qəhrəmanlardır. O işçilərə daha çox qoruyucu kostyum verilməlidir. Qocalar evində yaşlılara daha yaxşı baxılmalı idi, ancaq, təəssüf ki, bu, belə olmadı”, - H.Kluqe bildirib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 661 000-i ötüb. Bunların 730 727 nəfəri sağalıb, 185 504 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi