ÜST: Koronavirus pandemiyası hələ pik nöqtəyə çatmayıb

ÜST: Koronavirus pandemiyası hələ pik nöqtəyə çatmayıb Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada koronavirus infeksiyasının hələlik pik nöqtəyə çatmadığını açıqlayıb.
Digər ölkələr
14 Aprel , 2020 13:57
ÜST: Koronavirus pandemiyası hələ pik nöqtəyə çatmayıb
0 : 00
0 : 00

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada koronavirus infeksiyasının hələlik pik nöqtəyə çatmadığını açıqlayıb.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

Eyni zamanda ÜST Avropa ölkələrində yoluxmanın yavaşladığını vurğulayıb: “Avropanın bəzi ölkələrində yoluxma faktlarının günlük sayında yüngül azalma olsa da, Türkiyə və İngiltərədə bunun əksi müşahidə edilir”.

ÜST yoluxma hallarının 90%-nin Avropa və ABŞ-da qeydə alındığını da vurğulayıb: “12 aydan daha tez müddətdə vaksinin hazırlanacağını gözləməyin”.

Qeyd edək ki, koronavirus qurbanlarının sayı Böyük Britaniyada 11 329, Türkiyədə isə 1 296 nəfərdir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 934 000-i ötüb. Bunların 456 737 nəfəri sağalıb, 120 438 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi