Yuxarı

Ukraynanın baş naziri kabinetinə skuterlə gəlib - VİDEO

Ukraynanın baş naziri kabinetinə skuterlə gəlib

Ukraynanın yeni baş naziri Aleksey Qonçaruk hökumət binasında elektroskuter sürüb.

“Report” xəbər verir ki, o, müvafiq videonu "Facebook" səhifəsində paylaşıb.

Qonçaruk öz işində ölkə başçısı Vladimir Zelenski ilə sıx əlaqədə olmağı planlaşdırdığını bildirib.

Dövlət rəsmisi videoda həmçinin məktəblilərə də səslənib. Bildirib ki, onlar sentyabrın 1-i məktəbə gedəcəklər, o isə "Ukrayna Nazirlər Kabinetində işə gedəcək".

Baş nazir qeyd edib ki, hökumət binası çoxmərtəbəli və çoxkabinetlidir, həmçinin uzun dəhlizləri var.

"Burada dəhlizlər o qədər uzundur ki, mütəmadi olaraq skuterdən istifadə etmək olar", — deyə o bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi