Ukraynada pandemiya ərzində 5 449 nəfər koronavirusa yoluxub, onlardan 358-i uşaqlardır.
“Report” xəbər verir ki, bu barədə Ukraynanın səhiyyə naziri Maksim Stepanov keçirdiyi brifinqdə bildirib.
O, qeyd edib ki, koronavirusa yoluxanların 1 031 nəfəri tibb işçiləridir.
Ölkədə virusa yoluxmuş 347 nəfər sağalıb, 141 nəfər pandemiyanın qurbanı olub.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.