Ukrayna Prezidenti Ofisinin başçısı Andrey Boqdan vəzifəsindən istefa verməsi haqqında ərizə yazıb.
Bu barədə “Report” "Ukrainskaya pravda”ya istinadən xəbər verir.
Məlumata görə, Andrey Boqdan ötən gün prezident Vladimir Zelenski ilə istefası haqqında danışıb.
Həmçinin bildirilir ki, prezident ofisinin başçısı istefasını müavinləri ilə də müzakirə edib. "Prezident ofisindəki mənbələr Boqdanın istefasının səbəbləri haqqında məlumat vermirlər", - xəbərdə deyilir.