​Ukrayna prezidenti: "Konstitusiyaya dəyişikliklər layihəsində Donbassın xüsusi statusu nəzərdə tutulmur"

​Ukrayna prezidenti: "Konstitusiyaya dəyişikliklər layihəsində Donbassın xüsusi statusu nəzərdə tutulmur" "Ukrayna həmişə unitar dövlət olub və belə də qalacaq"
Digər ölkələr
16 İyul , 2015 15:35
​Ukrayna prezidenti: Konstitusiyaya dəyişikliklər layihəsində Donbassın xüsusi statusu nəzərdə tutulmur

Bakı. 16 iyul. REPORT.AZ/ Konstitusiyaya dəyişikliklər layihəsində Donbassın xüsusi statusunu nəzərdə tutan heç bir bənd yoxdur.

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə bu gün Ukrayna prezidenti Pyotr Poroşenko bildirib.

Onun sözlərinə görə, Konstitusiyaya əlavə və dəyişikliklər layihəsində ölkənin federallaşmasına heç bir işarə yoxdur. 

"Ukrayna həmişə unitar dövlət olub və belə də qalacaq", - prezident bildirib.

Son xəbərlər

Orphus sistemi