Yuxarı
    Bağlamaq

    ​Ukrayna prezidenti: "Konstitusiyaya dəyişikliklər layihəsində Donbassın xüsusi statusu nəzərdə tutulmur"

    Ukrayna həmişə unitar dövlət olub və belə də qalacaq

    Bakı. 16 iyul. REPORT.AZ/ Konstitusiyaya dəyişikliklər layihəsində Donbassın xüsusi statusunu nəzərdə tutan heç bir bənd yoxdur.

    "Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə bu gün Ukrayna prezidenti Pyotr Poroşenko bildirib.

    Onun sözlərinə görə, Konstitusiyaya əlavə və dəyişikliklər layihəsində ölkənin federallaşmasına heç bir işarə yoxdur. 

    "Ukrayna həmişə unitar dövlət olub və belə də qalacaq", - prezident bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi