Ukraynada deputat qətlə yetirilib

Ukraynada deputat qətlə yetirilib Ukraynanın paytaxtı Kiyevdə Ali Radanın deputatı Valeri Davidenkonun meyiti aşkarlanıb.
Digər ölkələr
23 May , 2020 21:31
Ukraynada deputat qətlə yetirilib

Ukraynanın paytaxtı Kiyevdə Ali Radanın deputatı Valeri Davidenkonun meyiti aşkarlanıb.

Bu barədə “Report” Ukraynanın "Strana” nəşrinə istinadən xəbər verir. 

Qeyd edilir ki, o, başından aldığı güllə yarasından ölüb. Nəşrin məlumatına görə, parlament üzvünün meyitini onun ofisində süpürgəçi aşkar edib.

Hüquq-mühafizə orqanları hələlik hadisə ilə bağlı məlumat yaymayıblar.

Valeri Nikolaeviç Davidenko 16 mart 1973-cü ildə anadan olub. O, parlamentə Çerniqov əyalətinin 208-ci dairəsindən seçilmişdi. V.Davidenko namizədliyini müstəqil irəli sürüb. O, heç bir partiyanın üzvü deyil. 

Son xəbərlər

Orphus sistemi