Yuxarı

"Twitter" Donald Trampın hesabını əngəlləməyəcək

"Twitter" Donald Trampın hesabını əngəlləməyəcək
Dünya liderinin şəbəkədə əngəllənməsi insanları mühüm məlumatlardan məhrum edəcək

Bakı. 6 yanvar. REPORT.AZ/ "Twitter" sosial şəbəkəsi məlumatlara çıxışı qoruyub saxlamaq üçün "dünya liderləri"nin uçot qeydlərini əngəlləməyəcək.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu bəyanatla servis istifadəçilərinin KXDR-i nüvə silahı ilə hədələyən ABŞ prezidenti Donald Trampın hesabının əngəllənməsinə dair çağırışlarından sonra şəbəkə administrasiyası çıxış edib.

"Dünya liderinin "Twitter"də əngəllənməsi və ya onların mübahisəli tvitlərinin silinməsi insanlardan görməli və müzakirə etməli olduqları mühüm məlumatları gizlədəcək", - deyə şirkətin bloqunda dərc olunan bəyanatda bildirilir.

Xidmətin fikrincə, bu addım liderləri "susmağa" məcbur etməyəcək, lakin onların davranış və kəlmələrinin müzakirəsini çətinləşdirəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi