Yuxarı

Türkiyənin XİN rəhbəri ABŞ-la danışıqların nəticələrini şərh edib

​Türkiyənin XİN rəhbəri ABŞ-la danışıqların nəticələrini şərh edib

Türkiyə ABŞ-la Suriya üzrə danışıqların yekunlarına görə arzuolunan nəticələri əldə edib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

"Bu gün biz danışıqlar zamanı istədiyimizi əldə etdik. ABŞ təhlükəsizlik zonasının yaradılmasının əhəmiyyətini qəbul etdi. Biz tamamilə razılaşdıq. Onlar bizim narahatlığımızı qəbul etdilər", - deyə o bildirib.

Türkiyənin XİN rəhbəri əlavə edib ki, danışıqlar zamanı YPG-nin ağır silahlarının təhvil verilməsi razılaşdırılıb.

Daha əvvəl Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Ankarada ABŞ-ın vitse-prezidenti Maykl Penslə danışıqlar aparıb. Tərəflər Türkiyənin Suriyada hərbi əməliyyatının müvəqqəti dayandırılması barədə razılığa gəliblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi