Türkiyənin DİN rəhbəri: "İstanbuldakı hücumun hədəfi polis avtobusu idi"

Türkiyənin DİN rəhbəri: "İstanbuldakı hücumun hədəfi polis avtobusu idi" Naməlum şəxslər futbol komandalarının oyununun keçirildiyi stadionun yanında partlayıcı qurğunu avtomobildən atıblar
Digər ölkələr
11 Dekabr , 2016 00:45
Türkiyənin DİN rəhbəri: İstanbuldakı hücumun hədəfi polis avtobusu idi

Bakı. 11 dekabr. REPORT.AZ/ İstanbulda hücumun hədəfi polis avtobusu idi.

"Report" "NTV" telekanalına istinadən xəbər verir ki, bu sözləri Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

O, bildirib ki, naməlum şəxslər futbol komandalarının oyununun keçirildiyi stadionun yanında partlayıcı qurğunu avtomobildən atıblar.

"Bu polisin avtobusuna hücum idi", - deyə o əlavə edib.

Partlayış zamanı ölənlər haqqında məlumat yoxdur. Qeyd edək ki, İstanbulda baş vermiş partlayış nəticəsində 20 nəfər xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi