Yuxarı
    Bağlamaq

    Türkiyənin DİN rəhbəri: "İstanbuldakı hücumun hədəfi polis avtobusu idi"

    Naməlum şəxslər futbol komandalarının oyununun keçirildiyi stadionun yanında partlayıcı qurğunu avtomobildən atıblar

    Bakı. 11 dekabr. REPORT.AZ/ İstanbulda hücumun hədəfi polis avtobusu idi.

    "Report" "NTV" telekanalına istinadən xəbər verir ki, bu sözləri Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

    O, bildirib ki, naməlum şəxslər futbol komandalarının oyununun keçirildiyi stadionun yanında partlayıcı qurğunu avtomobildən atıblar.

    "Bu polisin avtobusuna hücum idi", - deyə o əlavə edib.

    Partlayış zamanı ölənlər haqqında məlumat yoxdur. Qeyd edək ki, İstanbulda baş vermiş partlayış nəticəsində 20 nəfər xəsarət alıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi