Yuxarı

Türkiyənin baş naziri ABŞ-ın vitse-prezidenti ilə görüşüb

Türkiyənin baş naziri ABŞ-ın vitse-prezidenti ilə görüşüb
Görüşdə bir sıra məsələlər müzakirə edilib

Bakı. 10 noyabr. REPORT.AZ/ Türkiyənin baş naziri Bineli Yıldırım ABŞ-da bu ölkənin vitse-prezidenti Maykl Penslə görüşüb.

"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, görüş 1 saat 20 dəqiqə davam edib.

Qapalı keçirilən görüş zamanı PKK terrorçu təşkilatının Suriya qolu olan YPG-ə dəstək, FETO başçısı Fətulah Gülənin ekstadisiya olunması və iki ölkə arasında yaranan viza böhranı müzakirə mövzuları olub.

Görüşdən sonra B.Yıldırım Nyu-Yorka yola düşüb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi