Türkiyədə zəlzələ olub

Türkiyədə zəlzələ olub Hər hansı dağıntı və ya tələfat qeydə alınmayıb
Digər ölkələr
17 Dekabr , 2016 02:24
Türkiyədə zəlzələ olub

Bakı. 17 dekabr. REPORT.AZ/ Türkiyədə 4,5 bal gücündə zəlzələ baş verib.

"Report" "İhlas" agentliyinə istinadən xəbər verir ki, yeraltı təkanlar Ərzincan vilayətində, yerli vaxtla saat 00:21-də qeydə alınıb.

Qısa müddətli təlaşa səbəb olan zəlzələ zamanı hər hansı dağıntı və ya tələfat qeydə alınmayıb.

"Habertürk" isə zəlzələ ocağının 1,9 kilometr dərinlikdə yerləşdiyini, zəlzələdən sonra daha 2 yeraltı təkanın qeydə alındığını xəbər verib.

Son xəbərlər

Orphus sistemi