Bu gün Türkiyədə koronavirusdan daha 28 nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.
Bununla da ölkədə pandemiya qurbanlarının ümumi sayı 4 489-a çatıb.
Sutka ərzində COVID-19-a daha 1 141 yoluxma qeydə alınıb. Beləliklə, ölkədə koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların ümumi sayı 162 120 təşkil edir.
Son gün ərzində Türkiyədə daha 1 594 nəfər virusdan sağalıb. Bununla da koronavirusdan sağalanların ümumi sayı 125 963-ə çatıb.