Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə koronavirusla bağlı son vəziyyət Bu gün Türkiyədə koronavirusdan daha 28 nəfər ölüb.
Digər ölkələr
29 May , 2020 20:29

Bu gün Türkiyədə koronavirusdan daha 28 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Bununla da ölkədə pandemiya qurbanlarının ümumi sayı 4 489-a çatıb. 

Sutka ərzində COVID-19-a daha 1 141 yoluxma qeydə alınıb. Beləliklə, ölkədə koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların ümumi sayı 162 120 təşkil edir.

Son gün ərzində Türkiyədə daha 1 594 nəfər virusdan sağalıb. Bununla da koronavirusdan sağalanların ümumi sayı 125 963-ə çatıb.   

Son xəbərlər

Orphus sistemi