Türkiyədə güclü meşə yanğını baş verib - FOTO

Türkiyədə güclü meşə yanğını baş verib - FOTO Alovun qısa zamanda geniş əraziyə yayıldığı bildirilir
Digər ölkələr
8 Yanvar , 2017 04:06
Türkiyədə güclü meşə yanğını baş verib - FOTO

Bakı. 8 yanvar. REPORT.AZ/ Türkiyənin Trabzon şəhərində güclü meşə yanğını baş verib.

"Report" xəbər verir ki, bu barədə "İhlas" xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Trabzonun Sürmene rayonunda, axşam saatlarında qeydə alınıb. Alovun qısa zamanda geniş əraziyə yayıldığı bildirilir. Türkiyə mətbuatının xəbərində bildirilir ki, yanğının başvermə səbəbləri hələlik məlum deyil.

Hadisə yerinə Meşə Əməliyyat İdarəsinin yanğınsöndürənləri və Böyükşəhər Bələdiyyəsinin xilaetmə qrupları cəlb edilib. Bununla yanaşı, ərazidəki magistral yol da təhlükəsizlik tədbirləri ilə əlaqədar müvəqqəti olaraq bağlanıb.

Son xəbərlər

Orphus sistemi