Türkiyədə başına 1 milyon lirə mükafat qoyulmuş terrorçu öldürülüb

Türkiyədə başına 1 milyon lirə mükafat qoyulmuş terrorçu öldürülüb "Asut Star" ləqəbli terrorçu ayrı-ayrı vaxtlarda jandarm qüvvələrinə hücumlarda və təhlükəsizlik qüvvələri əməkdaşlarının öldürülməsində iştirak edib
Digər ölkələr
3 İyul , 2017 21:24
Türkiyədə başına 1 milyon lirə mükafat qoyulmuş terrorçu öldürülüb

Bakı. 3 iyul. REPORT.AZ/ Türkiyənin təhlükəsizlik qüvvələri başına 1 milyon lirə pul mükafatı qoyulmuş terrorçunu məhv edib.

"Report" xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb.

Xəbərdə bildirilir ki, bununla bağlı əməliyyat Bingöl vilayətində keçirilib. Belə ki, təhlükəsizlik qüvvələri ilə terrorçular arasında baş vermiş atışma zamanı 11 terrorçu məhv edilib. Öldürülənlər arasında Daxili İşlər Nazirliyi tərəfindən axtarılan və başına 1 milyon lirə pul mükafatı qoyulmuş "Asut Star" ləqəbli, S.C. adlı terrorçu da var.

O, ayrı-ayrı vaxtlarda jandarm qüvvələrinə qarşı terror hücumlarında və təhlükəsizlik qüvvələrinin əməkdaşlarının öldürülməsində iştirak edib. Bölgədə terrorçulara qarşı əməliyyat davam edir.

Son xəbərlər

Orphus sistemi