Türkiyədə avtobus aşıb: yaralılar var

Türkiyədə avtobus aşıb: yaralılar var Avtobusun aşması nəticəsində 14 nəfər xəsarət alıb
Digər ölkələr
3 Aprel , 2017 08:11
Türkiyədə avtobus aşıb: yaralılar var
Foto: "Anadolu"

Bakı. 3 aprel. REPORT.AZ/ Türkiyədə bir neçə nəfərin xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib.

"Report" xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə Konyada qeydə alınıb. Belə ki, Karaman-Konya avtomobil yolunun 50-ci kilometrliyində səyahət avtobusunun aşması nəticəsində 14 nəfər xəsarət alıb.

Yaralılar ayrı-ayrı xəstəxanalara yerləşdirilib. Onların həyatı üçün hər hansı təhlükənin olmadığı bildirilir. Hadisənin sürücünün gözlənilmədən yola çıxan iti vurmamaq üçün avtomobili manevr etdirməsi səbəbindən meydana gəldiyi bildirilir. 

Son xəbərlər

Orphus sistemi