Yuxarı

Türkiyədə Afrin terrorçuları həbs edilib

Türkiyədə Afrin terrorçuları həbs edilib
© "Anadolu"

Bakı. 1 mart. REPORT.AZ/ Türkiyədə Afrindən olan terrorçular həbs edilib.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər verib.

Xəbərdə bildirilir ki, onlar özlərini dinc sakin kimi təqdim etməyə çalışıblar. Terrorçular hərbçiləri aldatmaq istəyərək, çoban olduqlarını deyiblər.

Saxlanılanların telefonlarında onların PKK terror təşkilatının Suriya qolu olan YPG ilə əlaqələrini sübut edən məlumat aşkarlanıb. Onlar məhkəmə zalında həbs ediliblər.

Həbs edilən terrorçuların sayının 2 nəfər olduğu bildirilir.

Qeyd edək ki, Türkiyə ordusu Suriyanın Afrin bölgəsinin terrorçulardan təmizləməsi üzrə  yanvarın 20-də "Zeytun budağı" əməliyyatına başlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi