Almaniya XİN başçısı: "Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvi gündəmdə deyil"

Almaniya XİN başçısı: "Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvi gündəmdə deyil" "Vizasız rejimə keçid yalnız bütün şərtlər yerinə yetiriləcəyi təqdirdə baş verəcək"
Digər ölkələr
9 Avqust , 2016 12:46
Almaniya XİN başçısı: Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvi gündəmdə deyil

Bakı. 9 avqust. REPORT.AZ/ "Türkiyə ilə vizasız rejimin tətbiqi hazırda gündəmdə deyil".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer çərşənbə axşamı "Bild" qəzetində dərc olunmuş müsahibəsində deyib.

"Vizasız rejimə keçid yalnız bütün şərtlər yerinə yetiriləcəyi təqdirdə baş verəcək. Hazırda bu şərtlər yerinə yetirilməyib", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi