Yuxarı

Almaniya XİN başçısı: "Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvi gündəmdə deyil"

Vizasız rejimə keçid yalnız bütün şərtlər yerinə yetiriləcəyi təqdirdə baş verəcək

Bakı. 9 avqust. REPORT.AZ/ "Türkiyə ilə vizasız rejimin tətbiqi hazırda gündəmdə deyil".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer çərşənbə axşamı "Bild" qəzetində dərc olunmuş müsahibəsində deyib.

"Vizasız rejimə keçid yalnız bütün şərtlər yerinə yetiriləcəyi təqdirdə baş verəcək. Hazırda bu şərtlər yerinə yetirilməyib", - deyə o bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi