Yuxarı

Türkiyə və ABŞ Suriyadakı təhlükəsizlik zonasının yaradılmasına çalışacaqlar

Türkiyə və ABŞ Suriyadakı təhlükəsizlik zonasının yaradılmasına çalışa

ABŞ-ın Suriya üzrə xüsusi təmsilçisi Ceyms Cefri Türkiyənin milli müdafiə naziri Hülusi Akarla görüşüb. 

"Report" xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir.

Bildirilir ki, Hulisi Akar və Ceyms Cefri Fərat çayının şərqindəki bir təhlükəsizlik zonasının yaradılmasını və Suriyadakı vəziyyətə dair müzakirələr aparıblar.

İki ölkənin hərbi heyətləri təhlükəsizlik zonası yaratmaq mövzusunda ortaq işlərin qurulmağın vacibliyini vurğulayıblar.   

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi