Türkiyə Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarını qınayıb

Türkiyə Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarını qınayıb Bakı. 6 dekabr. REPORT.AZ/ Türkiyə ABŞ-ın Qüdsü (Yerusəlim) İsrailin paytaxtı kimi tanımaq qərarını qınayır.
Digər ölkələr
6 Dekabr , 2017 23:02
Türkiyə Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarını qınayıb

Bakı. 6 dekabr. REPORT.AZ/ Türkiyə ABŞ-ın Qüdsü (Yerusəlim) İsrailin paytaxtı kimi tanımaq qərarını qınayır.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

"Biz ABŞ Administrasiyasının Yerusəlimin İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyinin Yerusəlimə köçürülməsinə dair məsuliyyətsiz bəyanatını qınayırıq", — deyə nazir öz "Twitter" mikrobloqunda yazıb.

M.Çavuşoğlu qeyd edib ki, Amerika lideri Drnald Trampın qərarı beynəlxalq hüquq və BMT-nin müvafiq qətnamələrinə ziddir.

Son xəbərlər

Orphus sistemi