Türkiyə sahillərində 76 qanunsuz miqrant saxlanılıb

Türkiyə sahillərində 76 qanunsuz miqrant saxlanılıb Qaçqınlar qeyri-leqal yolla Yunanıstan sahillərinə çıxmağa çalışıblar
Digər ölkələr
16 İyun , 2017 23:36
Türkiyə sahillərində 76 qanunsuz miqrant saxlanılıb

Bakı. 16 iyun. REPORT.AZ/ Türkiyənin Sahil Mühafizəsi Egey dənizində keçirdiyi patrul xidməti zamanı Əfqanıstan, Pakistan və Somalidən olan 76 qaçqını saxlayıb.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər verib.

Xəbərdə bildirilir ki, qaçqınlar Çatal adası yaxınlığında, "Sargona" yaxtasında aşkar ediliblər. Qaçqınlar qeyri-leqal yolla Yunanıstan sahillərinə çıxmağa çalışıblar.

Saxlanılanlar arasında həmçinin Gürcüstanın 3 vətəndaşı da olub. Onlar miqrantların Türkiyədən Yunanıstana qanunsuz daşınmasını təşkil ediblər.

Son xəbərlər

Orphus sistemi