ABŞ tarixində ilk dəfə türk əsilli şəxs bələdiyyə sədri seçilib

ABŞ tarixində ilk dəfə türk əsilli şəxs bələdiyyə sədri seçilib Bakı. 4 yanvar. REPORT.AZ/ ABŞ tarixində ilk dəfə türk əsilli şəxs bələdiyyə sədri seçilib.
Digər ölkələr
4 Yanvar , 2019 11:26
ABŞ tarixində ilk dəfə türk əsilli şəxs bələdiyyə sədri seçilib

Bakı. 4 yanvar. REPORT.AZ/ ABŞ tarixində ilk dəfə türk əsilli şəxs bələdiyyə sədri seçilib. 

“Report” “Aksham”a istinadən xəbər verir ki, məlumatı Türkiyənin Nyu-Yorkdakı Baş Konsulluğu yayıb.

ABŞ-ın hakim Respublikaçılar Partiyasının üzvü olan türk Tayfun Selen Nyu-Cersi ştatının Çatam rayonunun bələdiyyə sədri vəzifəsini tutacaq. O, 2017-ci ildə Çatam Bələdiyyə Komitəsinə üzv seçilib. Yanvarın 3-də komitə üzvləri arasında bələdiyyə sədri seçkisi keçirilib. Səsvermə nəticəsində T.Selen qalib gəlib. 

Qanuna əsasən, 3 il fəaliyyət göstərən 5 üzvdən ibarət Bələdiyyə Komitəsini yerli sakinlər seçir. Bələdiyyə sədri isə komitə üzvləri arasından müəyyənləşir.  

Qeyd edək ki, T.Selen ABŞ-ın hakim Respublikaçılar Partiyasının üzvüdür. O, 15 ildir Çatam sakinidir. T.Selein İstanbul Texniki Universitetinin Memarlıq fakültəsini bitirib.

Son xəbərlər

Orphus sistemi