Tunisdə terror aktı nəticəsində yaralıların sayı 20 nəfərə çatıb

Tunisdə terror aktı nəticəsində yaralıların sayı 20 nəfərə çatıb Bakı. 30 oktyabr. REPORT.AZ/ Bazar ertəsi Tunisin eyniadlı paytaxtının Həbib Burqiba xiyabanında qadın terrorçu-kamikadzenin hücumları nəticəsində yaralıların sayı azı 20 nəfərə çatıb. Onların arasında iki uşaq da var.
Digər ölkələr
30 Oktyabr , 2018 02:57
Tunisdə terror aktı nəticəsində yaralıların sayı 20 nəfərə çatıb

Bakı. 30 oktyabr. REPORT.AZ/ Bazar ertəsi Tunisin eyniadlı paytaxtının Həbib Burqiba xiyabanında qadın terrorçu-kamikadzenin hücumları nəticəsində yaralıların sayı azı 20 nəfərə çatıb. Onların arasında iki uşaq da var.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu respublikanın daxili işlər naziri Hişam Furati yerli "Shems FM" radiostansiyasında çıxışı zamanı deyib.

"15 təhlükəsizlik xidməti əməkdaşı və 5 dinc sakin, o cümlədən iki uşaq yaralanıb", - deyə DİN başçısı bildirib.

Hadisə bazar ertəsi günorta saatlarında baş verib.

Son xəbərlər

Orphus sistemi