"Ukrayna Beynəlxalq Hava Yolları" şirkətinin təyyarəsi qəsdən İran tərəfindən raketlə vurulub salına bilər, amma bu barədə inamla danışmaq üçün daha çox informasiya lazımdır.
“Report” xəbər verir ki, müvafiq bəyanatla Kanadanın baş naziri Castin Tryudo Ottavada jurnalistlərlə söhbət zamanı çıxış edib.
"Biz daha çox şeyi bilmək istəyirik, baş verən hadisə ilə bağlı suala cavab almaq üçün beynəlxalq səviyyəli rəsmi şəxslərlə İranla bağlı istintaqla işləmək niyyətindəyik. Biz anlaya biləcəyik ki, bu qəsdən ola bilər, amma daha çox informasiya lazımdır", - o deyib.
"Belə hərəkətlərin qəsdən edilməsi haqqında son nəticə çıxarmaq üçün bizə tam və şəffaf araşdırma aparmaq lazımdır", - Tryudo vurğulayıb.