Trampla Makron Suriya və İran məsələsini müzakirə etdi

Trampla Makron Suriya və İran məsələsini müzakirə etdi ABŞ prezidenti Donald Trampla Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Digər ölkələr
5 Mart , 2020 06:06
Trampla Makron Suriya və İran məsələsini müzakirə etdi

ABŞ prezidenti Donald Trampla Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

“Report”un RİA “Novosti”yə istinadən məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, dövlət başçıları Suriyanın şimal-qərbində yaranmış vəziyyəti, həmçinin İranın nüvə fəaliyyətini müzakirə ediblər.

"Liderlər G7-nin qarşıdakı sammitini, MAQATE-nin İran rejiminin nüvə fəaliyyətinin monitorinqi üzrə səylərini, həmçinin Suriya rejiminin ölkənin şimal-qərbində humanitar böhrana səbəb olan hücumlarını müzakirə ediblər", - deyə Ağ Evin yaydığı xəbərdə bildirilir.

Liderlər həmçinin koronavirusun yayılmasına əks təsir üçün birgə işləməyi razılaşdırıblar.

ABŞ və Fransa prezidentləri Donald TrampEmmanuel Makron hələ ötən ilin noyabrında baş tutmuş telefon danışığının gedişatında Suriya üzrə əlaqələri uyğunlaşdırmağa razılaşdırıblar. Dövlət başçıları həmçinin İranın nüvə proqramı ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Son xəbərlər

Orphus sistemi