Trampın vəkili Pompeo ilə Zelenskinin köməkçisilə görüşü müzakirə edib

Trampın vəkili Pompeo ilə Zelenskinin köməkçisilə görüşü müzakirə edib ABŞ prezidentinin vəkili Rudolf Culiani, ötən həftə ABŞ dövlət katibi Maykl Pompeo ilə Ukrayna prezidenti Vladimir Zelenskinin köməkçisi Andrey Yermakla görüşü müzakirə edib.
Digər ölkələr
30 Sentyabr , 2019 06:51
Trampın vəkili Pompeo ilə Zelenskinin köməkçisilə görüşü müzakirə edib

ABŞ prezidentinin vəkili Rudolf Culiani, ötən həftə ABŞ dövlət katibi Maykl Pompeo ilə Ukrayna prezidenti Vladimir Zelenskinin köməkçisi Andrey Yermakla görüşü müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə vəkil “CBS”yə müsahibəsində bildirib.

Vəkil ona “ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volkerin istefa səbəbini bilirsinizmi” sualına cavabında “Kurt niyə istefa etdiyini bilmirəm”deyə, cavablandırıb.

Lakin Culianı Volkerin onun Yermakla görüşünün təşkil edilməsində vasitəçi olduğunu xatırladıb: “Mən bunu özüm etməmişəm. Dövlət Departamentinin tələbi ilə etmişəm”.

Culiani həmçinin Pompeodan birbaşa təlimat almadığını vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi