Trampın Rusiya üzrə məsləhətçilərindən biri işdən kənarlaşdırılıb

Trampın Rusiya üzrə məsləhətçilərindən biri işdən kənarlaşdırılıb ABŞ prezidenti Donald Trampın Rusiya üzrə məsləhətçilərindən biri Endryi Pik vəzifəsindən kənarlaşdırılıb.
Digər ölkələr
19 Yanvar , 2020 08:47
Trampın Rusiya üzrə məsləhətçilərindən biri işdən kənarlaşdırılıb

ABŞ prezidenti Donald Trampın Rusiya üzrə məsləhətçilərindən biri Endryi Pik vəzifəsindən kənarlaşdırılıb.

“Report”un məlumatına görə, bu barədə məlumatlı mənbələrə istinadən “Axios” nəşri bildirib.

Bildirilir ki, bu, ona qarşı aparılan müvəqqəti araşdırma ilə əlaqədardır. Araşdırma təhlükəsizliklə bağlıdır. Başqa təfərrüatlar açıqlanmır.

Endryi Pik gələn həftə Trampla Davosda keçiriləcək Ümumdünya İqtisadi Forumuna getməli idi.

Ağ Ev və Pik buna şərh verməkdən imtina edib.

Son xəbərlər

Orphus sistemi