Yuxarı

Trampın müşaviri ABŞ və İran prezidentlərinin görüşü imkanından danışıb

​Trampın müşaviri ABŞ və İran prezidentlərinin görüşü imkanından danış

Rəsmi Vaşinqton və Tehran arasında münasibətlərin növbəti gərginliyinə baxmayaraq, ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının iclasının gedişatında iranlı həmkarı Həsən Ruhani ilə görüşü hələ istisna etmir.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Donald Trampın müşaviri Kellienn Konuey "Fox News" telekanalının efirində bildirib.

Konueyin sözlərinə görə, Tramp görüş imkanına baxmağa hazırdır. "Amma prezidentin saziş bağlaması və ya görüşdə iştirak etməsi üçün həmişə vacib şərtlərin olması zəruridir", - deyə Konuey əlavə edib.

"O (Tramp-red) həmçinin bilir ki, əgər maksimal təzyiq kampaniyası, İranın nüvə sazişindən çıxması, bir neçə gün əvvəl maliyyə naziri və dövlət katibi tərəfindən Ağ Evdən elan edilən yeni sanksiyaların elan edilməsi də daxil olmaqla, bu münasibətlərə aid olan bütün başqa atribut yoxdursa, insanlarla görüşmək lazım deyil", - Konuey əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi