Yuxarı

Tramp yenidən narkotik alverçiləri üçün ölüm hökmü tətbiq etməyə çağırıb

O, özünü narkotik alverçiləri ilə sərt aparmaq niyyətində olduğunu bildirib

Bakı. 20 mart. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp narkotik maddə ticarəti ilə məşğul olanlara qarşı cəzaları ölüm hökmünə qədər sərtləşdirməyə çağırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu o, Nyu-Hempşir ştatında keçirilən tiryək böhranına həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

"Əgər biz özümüzü narkotik alverçiləri ilə sərt aparmasaq, o zaman vaxtı boşa sərf etmiş olarıq. Bu sərtlik ölüm hökmündən ibarətdir" – deyə Tramp bildirib.

Amerika lideri özünü narkotik alverçiləri ilə sərt aparmaq və bu mübarizədən qalib ayrılmaq niyyətində olduğunu bildirib, həmçinin tiryək böhranı ilə mübarizəyə heç zaman olmadığı qədər pul ayıracağına vəd verib.

Dövlət başçısı qeyd edib ki, adam öldürmüş şəxsə ölüm hökmü və ya ömürlük cəza verilir, lakin narkotik maddələrin yayılmasına görə isə onlar 30 gün və ya 1 il həbs alırlar, yaxud da cərimə olunurlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi