Tramp Yəməndə ölən ABŞ hərbçisinin cənazəsini şəxsən qarşılayıb

Tramp Yəməndə ölən ABŞ hərbçisinin cənazəsini şəxsən qarşılayıb Təyyarə Delaver ştatındakı "Dovr" aviabazasına enib
Digər ölkələr
2 Fevral , 2017 04:24
Tramp Yəməndə ölən ABŞ hərbçisinin cənazəsini şəxsən qarşılayıb

Bakı. 2 fevral. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Yəməndə xüsusi əməliyyat zamanı həlak olan amerikalı hərbçi Uilyam Ouensin cənazəsini gətirən təyyarəni şəxsən qarşılamaq üçün aviasiya bazasına gedib.

"Report" "CBS News"a istinadən xəbər verir ki, təyyarə Delaver ştatındakı "Dovr" aviabazasında eniş edib.

Ouens ABŞ Hərbi Hava Qüvvələrinin Yəməndə "Əl-Qaidə" terror qruplaşmasına qarşı apardığı xüsusi əməliyyat zamanı öldürülüb. Həmin əməliyyat zamanı daha 3 ABŞ hərbçisi yaralanıb.

"The New York Dailu News" yazır ki, Tramp aviabazaya qızı İvanka ilə gedib.

Son xəbərlər

Orphus sistemi