Tramp və Lavrov bu gün Ağ evdə görüşəcək

Tramp və Lavrov bu gün Ağ evdə görüşəcək Bu, Tramp və Rusiya rəhbərliyinin nümayəndəsi arasında yüksək səviyyədə ilk görüş olacaq
Digər ölkələr
10 May , 2017 09:25
Tramp və Lavrov bu gün Ağ evdə görüşəcək

Bakı. 10 may. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşəcək.

"Report" BBC-yə istinadən xəbər verir ki, məlumatı Ağ Evin mətbuat xidmətindən də təsdiqləyiblər.

Görüş jurnalistlərin iştirakı olmadan Ağ Evin Oval kabinetində keçiriləcək.

Qeyd edək ki, bu, bu il yanvarın 20-də ABŞ-ın yeni prezidenti vəzifəsinə rəsmn təyin olunandan bəri Tramp və Rusiya rəhbərliyinin nümayəndəsi arasında yüksək səviyyədə ilk görüş olacaq.

Xatırladaq ki, aprel ayında Rusiya prezidenti Vladimir Putin Kremldə ABŞ dövlət katibi Reks Tillersonu qəbul edib.

Son xəbərlər

Orphus sistemi