Tramp və Ərdoğan Suriyada yaranmış vəziyyəti müzakirə ediblər

Tramp və Ərdoğan Suriyada yaranmış vəziyyəti müzakirə ediblər Bakı. 2 dekabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Argentinada G20 sammiti çərçivəsində amerikalı həmkarı Donald Trampla görüş zamanı Suriyanın Mənbic şəhərində yaranmış vəziyyəti müzakirə edib.
Digər ölkələr
2 Dekabr , 2018 05:49
Tramp və Ərdoğan Suriyada yaranmış vəziyyəti müzakirə ediblər

Bakı. 2 dekabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Argentinada G20 sammiti çərçivəsində amerikalı həmkarı Donald Trampla görüş zamanı Suriyanın Mənbic şəhərində yaranmış vəziyyəti müzakirə edib.

Bu barədə "Report" NTV-yə istinadən xəbər verir.

"ABŞ və Türkiyə münasibətləri strateji xarakter daşıyır. Bugünkü görüşdə biz Trampla Suriyanın şimalında yaranmş vəziyyəti müzakirə etdik, amma gündəlikdə Mənbic başlıca yer tuturdu", - deyə Türkiyə lideri bildirib.

Daha əvvəl xəbər verilib ki, Ərdoğan Argentinada G20 sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüş zamanı İdlib üzrə daha bir sammitin çağırılmasını təklif edib.

Son xəbərlər

Orphus sistemi